Aprelin 25-də ölkə kubokunda "Bakı" ilə qarşılaşdıqdan sonra paytaxta dönən "Qarabağ" komandası liderə qarşı oyuna hazırlaşıb. Siasport.az saytının məlumatına görə, "Ağ-qara"larla oyuna Ağdam təmsilçisi itkilərlə çıxacaq.
Qeyd edək ki, Əfran İsmayılov zədə üzündən mövsümü bitiribsə, Namiq Yusifov 4-cü sarı vərəqəyə görə oyunu buraxmalı olacaq.
Xatırladaq ki, Unibank Premyer Liqasının XXX turunda "Neftçi" – "Qarabağ" görüşü sabah saat 17:00-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB