Fabio Kapello "Milan"ın sükanı arxasına keçir?

Fabio Kapello "Milan"ın sükanı arxasına keçir?
Bir çoxları futbol üzrə İngiltərə millisinin sükanı arxasından ayrıldıqdan sonra Fabio Kapellonın koryerasını doğma vətənində davam etdirəcəyini düşünsələr də, təcrübəli futbol mütəxəssisi bu versiyanı təkzib edib. Siasport.az saytı xəbər verir ki, konkret olaraq "Milan"ın sükanı arxasına keçəcəyi ilə bağlı deyilənlər, F.Kapellonu bərk narahat edib. "Sky Sport saytı yazır ki, F. Kapello "Milan" rəhbərliyilə danışıqlar apardığına dair deyilənlərin yalan olduğunu söyləyib: "Bu haqda oxumuşam. Şayiədir. Bu klubun rəhbərliyilə heç bir əlaqəm olmayıb. "San Siro"da olmuşam. Lakin sadəcə nəvələrimi matça aparmışdım. Onlar "Milan"ın pərəstişkarıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə