Yaşar Əliyev və Xetaq Qazyumov Olimpiya lisenziyası uğrunda yarışacaq

Yaşar Əliyev və Xetaq Qazyumov Olimpiya lisenziyası uğrunda yarışacaq
Xəbər verdiyimiz kimi, aprelin 27-dən 29-dək Çinin Tayuan şəhərində London Yay Olimpiya Oyunlarına vəsiqə verən Dünya təsnifat turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, reqlamentə əsasən, hər çəki dərəcəsində yalnız 3 güləşçi (finalçılar və bir 3-cü yer) London Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq. Sərbəst güləş yığmamız məşqçi Elman Əsgərovun rəhbərliyi altında 55 və 96 kq çəki dərəcəsində lisenziya uğrunda yarışır.

Qeyd edək ki, püşkatmanın nəticələrinə əsasən güləşçilərimizin ilk rəqibləri artıq bəllidir:


55 kq 1/16 final - Tumur Davakuyaq (Monqolustan) - Yaşar Əliyev (Azərbaycan).

96 kq 1/8 final –Villiam Hars (Almaniya) - Xetaq Qazyumov (Azərbaycan).

Bütün xəbərlər Facebook səhifəmizdə