Ölkənin yunan-Roma güləşçiləri beynəlxalq turnirin qalibi olub

Ölkənin yunan-Roma güləşçiləri beynəlxalq turnirin qalibi olub

"Sərhədçi" İdman Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnir davam edir. Güləş Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Türkiyə, Rumıniya, Belarus, İsrail, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Gürcüstan və Tacikistan güləşçiləri iştirak edir. Turnirin proqramına əsasən, aprelin 26-da yunan-Roma güləşi üzrə gənc pəhləvanlar mübarizə aparıb. Bununla da AGF Kuboku beynəlxalq turnirində yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. 96 pəhləvanın iştirak etdiyi görüşdə nəticələr aşağıdakı kimidir:

50 kq 1. Murad Bazarov – Azərbaycan 2. Dosbol Abilxasov – Qazaxstan 3. Əli Məmmədov – Azərbaycan 3. Oskonbai Abdupattaev – Qırğızıstan

55 kq 1. Sakit Quliyev – Azərbaycan 2. Dastan Usenbekov – Qazaxstan 3. Kydurali Zhanseitov – Qazaxstan 3. Eldəniz Əzizli – Azərbaycan

60 kq 1. Elman Muxtarov – Azərbaycan 2. Rövşən Tağıyev – Azərbaycan 3. Nurlan Əsgərov – Azərbaycan 3. Enes Başar – Türkiyə

66 kq 1. Ceyhun Əliyev – Azərbaycan 2. Omirzak Abunasir – Qazaxstan 3. Janibek Kandibayev – Qazaxstan 3. Enlur İsmayılov – Azərbaycan

74 kq 1. Toğrul Yunisli – Azərbaycan 2. Şamil Ertuqanov – Azərbaycan 3. Azamat Kustubaev – Qazaxstan 3. Tornike Dzamaşvili – Gürcüstan

84 kq 1. Roberti Kobliaşvili – Gürcüstan 2. Fuad Əliyev – Azərbaycan 3. Daviti Çakvetadze – Gürcüstan 3. Laşa Şalikaşvili – Gürcüstan

96 kq 1. İakob Kajaia – Gürcüstan 2. Hacımurad Çöpsiyev – Azərbaycan 3. Beka Kurtsadze – Gürcüstan 3. Kukuri Kirtsxalia – Gürcüstan

120 kq 1. Zaur Mehrəliyev – Azərbaycan 2. Ali Nail Arslan – Türkiyə 3. Şota Gogisvanidze – Gürcüstan 3. Levani Arabuli – Gürcüstan.

Qeyd edək ki, qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunub. Yunan-Roma güləşi üzrə gənclərin yarışında komanda hesabında Azərbaycan pəhləvanları birinci, Gürcüstan ikinci, Qazaxıstan güləşçiləri üçüncü olub. Bu gün sərbəst güləş üzrə yeniyetmələr, aprelin 28-də isə, sərbəst güləş üzrə gənclər mübarizəyə qoşulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə