UEFA Avropa Liqasının yarımfinal cavab qarşılaşmasında "Atletika Madrid" klubu "Valensiya" ilə üz-üzə gəlib. Siaport.az saytının məlumatına görə, türkiyəli futbolçu Arda Turanın formasını geydiyi "Atletika Madrid" klubu, digər türkiyəli futbolçu Mehmet Topalın şərəfini qoruduğu "Valensiya"nı 1:0 məğlub edib. Xatırladaq ki, komandalar arasında keçirilən ilk qarşılaşmada "Atletika Madrid" komandası rəqibini 4:2 hesablı məğlub etmişdi. Bununla da Madrid təmsilçisi Brusseldə keçiriləcək final mübarizəsinə vəsiqə qazanıb. Məlumat üçün bildirək ki, Arda Turanın komandası mayın 9-da digər İspaniya klubu "Atletik Bilbao" ilə qarşı-qarşıya gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB