Azərbaycanın futbol üzrə milli komandası mayın 20-dən 23-dək Yaponiyanın Şizuoka şəhərində, mayın 24-dən 31-dək isə Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirəcək. Siasport.az saytının məlumatına görə, mayın 23-də Yaponiya, mayın 30-da isə Andorra yığması ilə yoldaşlıq oyunu keçirəcək milli komandamızın heyətində aşağıda adları göstərilən futbolçular çıxış edəcək:
Kamran Ağayev – "Xəzər Lənkəran"
Anar Nəzirov – "Turan"
Rauf Mehdiyev – "Neftçi"
Rəşad Sadıqov – "Qarabağ"
Volodimir Levin – "İnter"
Ruslan Abışov – "Neftçi"
Vurğun Hüseynov – "Qəbələ"
Maksim Medvedev – "Qarabağ"
Ufuk Budak – "Frayburq" (Almaniya)
Ruslan Əmircanov – "Neftçi"
Aleksandr Çertoqanov – "Qəbələ"
Aqil Nəbiyev –AZAL
Rahid Əmirquliyev – "Xəzər Lənkəran"
Mahir Şükürov – "Qəbələ"
Elvin Məmmədov – "Bakı"
Rizvan Umarov – "Elche" (İspaniya)
Cavid İmamverdiyev – "Neftçi"
Branimir Subaşıç – "Xəzər Lənkəran"
Vüqar Nadirov – "Qarabağ"
Rauf Əliyev – "Qarabağ"
Cihan Özkara – "Sivasspor" (Türkiyə).
Ehtiyat oyunçular isə aşağıdakı futbolçular olacaq:
Aqil Məmmədov – "Bakı"
Bədavi Hüseynov – "Sumqayıt"
Hacı Əhmədov – "Sumqayıt"
Murad Ağayev – "Sumqayıt"
Əli Gökdemir – "Hannover 96" (Almaniya)
Uğur Pamuk – "Sumqayıt".
Qeyd edək ki, ehtiyat oyunçular Yaponiya yığması ilə oyuna dəvət olunmayacağı təqdirdə, mayın 24-də Almaniyanın Frankfurt şəhərində Azərbaycan millisinin heyətinə qoşulacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB