Xəbər verdiyimiz kimi, FİFA-nın Nizam-İntizam Komissiyasının qərarı ilə "Xəzər Lənkəran" klubunun aktivindən 6 xal silinmişdi. Siasport.az saytının məlumatına görə, çıxarılan qərardan sonra 18 aprel 2012-ci il tarixindən etibarən AFFA ilə FİFA arasında aparılmış yazışmaya uyğun olaraq, FİFA məsələyə yenidən baxıb və "Xəzər Lənkəran" klubunun hesabından silinmiş xalların geri qaytarılması ilə bağlı qərar qəbul edib. FİFA-nın qərarını oxucularımızın diqqətinə çatdırırıq: "İntizam Komitəsinin 13 aprel 2012-ci iltarixli qərarı qüvvədən düşmüş hesab edilsin və "Xəzər Lənkəran" klubunun aktivindən silinmiş 6 xal bərpa olunsun".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB