Ulu öndərin xatirəsinə həsr olunmuş voleybol turnirinin növbəti oyunları keçirilib

Ulu öndərin xatirəsinə həsr olunmuş voleybol turnirinin növbəti oyunları keçirilib

Bu gün "Yeni Azərbaycan", "İki Sahil" və "Səs" qəzetlərinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş voleybol turniri çərçivəsində qarşılaşmalar keçirilib. SİA-nın məlumatına görə, tur çərçivəsində ilk oyun "SİA+SəsTV" komandası ilə "Xalq qəzetinin" voleybolçuları arasında baş tutub.

Qeyd edək ki, maraqlı keçən oyun demək olar ki, hər iki komandanın bərabər səviyyəli hücumları ilə yadda qalıb. Belə ki, ilk hissənin sonunda 24:24 hesablı bərabərlikdən sonra "Xalq qəzeti"nin voleybolçuları 27:25 hesabı ilə qələbə qazanıb. Bundan sonra oyunun gedişatında dəyişiklik edən "SİA+SəsTV" komandası ikinci hissəni öz xeyrinə 25:20 hesabı ilə başa çatdırıb. Lakin üçüncü-həlledici hissədə komandamız rəqibə uduzub. Beləliklə, qarşılaşma 15:13 hesabı ilə yekunlaşıb. Ümumi hesab isə 2:1 olub.

Məlumat üçün bildirək ki, günü ikinci oyunu isə "Səs" qəzetinin komandası ilə "Yeni Azərbaycan" qəzetinin voleybolçuları arasında keçirilib. SİA+SəsTv komandasının ardından "Səs" qəzeti də rəqibə məğlub olub. Belə ki, qarşılaşmanın birinci hissəsində "Səs" qəzetinin voleybolçuları açıq-aşkar "Yeni Azərbaycan" qəzetinin voleybolçularından üstün oyun nümayiş etdiriblər. Beləliklə, ilk hissə 25:20 hesabı ilə komandamızın xeyrinə başa çatıb. Lakin ikinci hissədə komandamız 25:19 hesablı məğlub olub. Bununla belə komandamız üçüncü hissədə də "Yeni Azərbaycan" qəzetinin komandası üzərində qələbə qazana bilməyib. Beləliklə, qarşılaşma 15:9, ümumilikdə isə 2:1 hesabı ilə "Yeni Azərbaycan" qəzetinin xeyrinə başa çatıb.


Bütün xəbərlər Facebook səhifəmizdə