Bu gün "Yeni Azərbaycan", "İki Sahil" və "Səs" qəzetlərinin birgə təşkilatçılığı, \"Baltika Bakı\" və \"Coka-Cola\" şirkətlərinin maliyyə dəstəyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş voleybol turniri çərçivəsində daha bir qarşılaşma baş tutub. Siasport.az saytının məlumatına görə, tur çərçivəsində \"SİA+SəsTV\" komandası \"Xalq qəzetinin\" voleybolçuları ilə qarşılaşıb.
Qeyd edək ki, maraqlı keçən oyun demək olar ki, hər iki komandanın bərabər səviyyəli hücumları ilə yadda qalıb. Belə ki, ilk hissənin sonunda 24:24 hesablı bərabərlikdən sonra \"Xalq qəzeti\"nin voleybolçuları 27:25 hesabı ilə qələbə qazanıb. Bundan sonra oyunun gedişatında dəyişiklik edən \"SİA+SəsTV\" komandası ikinci hissəni öz xeyrinə 25:20 hesabı ilə başa çatdırıb. Lakin üçüncü-həlledici hissədə komandamız rəqibə uduzub. Beləliklə, qarşılaşma 15:13- ümumi hesabda isə 2:1 hesabı ilə məğlub olub.
Məlumat üçün bildirək ki, bu gün "Səs qəzeti" komandası "Yeni Azərbaycan" voleybolçuları ilə mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB