“Neftçi” 8 illik həsrətə son qoydu

“Neftçi” 8 illik həsrətə son qoydu

Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunları çərçivəsində doğma azarkeşləri önündə\"İnter\"i qəbul edən \"Neftçi\" rəqibi üzərində minimal hesablı qələbə qazandı. Siasport.az saytının məlumatına görə, bununla da \"Neftçi\" 8 illik fasilədən sonra Azərbaycan kubokunun finalına yüksələ bildi. Qarşılaşmaya münasibət bildirən Flaqmanın baş məşqçisi Böyükağa Hacıyev isə komandasının oyunu haqda fikirlərini belə ifadə etdi: "Müəyyən səbəblərdən əsas heyətin 4-5 futbolçusu bu gün oynamırdı. Hakimliyə görə Fariz Yusifova minnətdarlığımı bildirirəm. Oyunun nəticəsindən razı qaldım. Mən bir daha rəqibimiz "İnter"in güclü komanda olduğunu bildirirəm. Taktiki gedişləri yaxşı olan bir klubdur. Rəqibimizinamlı mübarizə apardı. Bu mövsüm "qızıl dubl" etmək istəyirik. Bu yolda komandama uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə