Göyçay Olimpiya İdman Kompleksində dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş cüdo üzrə açıq rayon birinciliyi keçirilib. SİA-nın verdiyi xəbərə görə, yarışdan əvvəl ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Azərbaycan Cüdo Federasiyasının, rayon gənclər və idman idarəsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə ölkədə idmana göstərilən dövlət qayğısından, əldə edilən nailiyyətlərdən söz açılmış, ümummilli lider Heydər Əliyevin bu sahənin inkişafı ilə bağlı yürütdüyü siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Respublikanın şəhər və rayonlarından 15 komandanın tərkibində 250-yə yaxın idmançının 10 çəki dərəcəsində mübarizə apardığı yarış üç gün davam edib. Turnirdə ilk üç yeri tutan cüdoçular diplom və medallarla təltif edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB