Bu gün AFFA-nın Futbol akademiyasında İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu Ələkbər Məmmədov və ümumittifaq dərəcəli hakim, futbol veteranı Rüstəm Rəhimov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Siasport.az saytının məlumatına görə, futbol veteranları aprelin 28-dən mayın 3-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək "Prezident kuboku" turnirində iştirak edəcək yığmamızın üzvlərinə uğurlar arzulayıb, tövsiyələrini veriblər. Bundan sonra isə, Ə. Məmmədov və R. Rəhimov yeniyetmə futbolçuların suallarını cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB