\"SİA + Səs Tv\" komandası \"İki Sahil\" qəzetinin voleybolçularını məğlub etdi

\"SİA + Səs Tv\" komandası \"İki Sahil\" qəzetinin voleybolçularını məğlub etdi

Bu gün "Yeni Azərbaycan", "İki Sahil" və "Səs" qəzetlərinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş voleybol turniri çərçivəsində növbəti günün oyunları keçirildi. Siasport.az saytının məlumatına görə, ilk qarşılaşma "AzərTac" və "Xalq qəzeti" komandaları arasında baş tutdu. Görüş 2:0 hesabı ilə "Azərtac"ın xeyrinə başa çatdı.

Qeyd edək ki, günün digər qarşılaşması "SİA+SəsTV" komandası ilə "İki Sahil" voleybolçuları arasında baş tutdu. Keçən oyunda olduğu kimi, bu dəfə də komandamız gözəl oyun nümayiş etdirdi. Belə ki, ilk hissədə "SİA + SəsTV" komandası 25:22 hesablı qələbə qazandı. Lakin görüşün ikinci hissəsində "AzərTac" voleybolçuları üstünlüyü ələ keçirdi və 25:20 hesabı ilə komandamızı məğlub etdi.

Üçüncü-sonuncu hissədə hər iki komanda üçün qələbə çox vacib idi. Hissənin əvvəlində sükanı ələ keçirən "SİA+SəsTV" voleybolçuları 15:4 –ümumilikdə isə, 2:1 hesabı ilə qələbə qazandı.

Bütün xəbərlər Facebook səhifəmizdə