“SİA+SəsTV” komandası “İki Sahil”in voleybolçuları ilə qarşılaşacaq

“SİA+SəsTV” komandası “İki Sahil”in voleybolçuları ilə qarşılaşacaq

Bu gün \"Yeni Azərbaycan\", \"İki sahil\" və \"Səs\" qəzetlərinin birgə təşkilatçılığı, \"Baltika Bakı\" və \"Coka-Cola\" şirkətlərinin maliyyə dəstəyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş voleybol turniri çərçivəsində 4 qarşılaşma keçiriləcək. Siasport.az idman portalının məlumatına görə, püşkatmaya uyğun olaraq SİA və Səs TV-nin birləşmiş komandası "İki Sahil"lə mübarizə aparacaq. Görüş saat 16:00-da başlayacaq.

Qeyd edək ki, günün digər oyunlarının təqvimi isə belədir:

AzərTac – Xalq qəzeti- 14:30

Kaspi – "Səs" qəzeti – 15:15

Yeni Azərbaycan qəzeti – Xalq Cəbhəsi – 16:40.

Xatırladaq ki, oyunlar Azərbaycan Dövlət Pedoqoji Universitetinin idman zalında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə