Nərimanov rayon Gənclər və İdman İdarəsi, "Gənclərin Töhfəsi" İctimai Birliyi və "Kreativ Gənclər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə dövlət proqramı və "İdman ili" çərçivəsində "QHT-lər arasında mini futbol turniri üzrə Heydər Əliyev kuboku"nun oyunları keçirilir. Siasport.az idman portalının məlumatına görə, bu gün püşkatmanın nəticəsinə görə, daha 2 qarşılaşma baş tutacaq.
Qeyd edək ki, müxtəlif sahələr üzrə 16 Qeyri-hökümət təşkilatının iştirak etdiyi turnirdə aşağıdakı komandalar mübarizə aparacaq:
25 aprel 2012-ci il saat 19.00 – Qan Donorları Assosiasiyası İB : İrəli İB 2
25 aprel 2012-ci il saat 20.00 – ATGTİ 2 : "Təkan" Tələbə Gənclər İB.
Xatırladaq ki, oyunlar Nərimanov rayonu 200 saylı orta məktəbin meydançasında keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB