Flavinyo: “İnanırdım ki, ədalət bərpa olacaq” - MÜNASİBƏT

Flavinyo: “İnanırdım ki, ədalət bərpa olacaq” - MÜNASİBƏT

\"Neftçi\"nin futbolçusu Flavinyo AFFA-nın Nizam- İntizam Komitəsinin qərarına münasibət bildirib. Siasport.az idman portalının məlumatına görə, "Xəzər Lənkəran"la oyunda hakimin ona haqsız yerə sarı vərəqə göstərdiyini və bunun ləğv olunacağına inandığını vurğulayan braziliyalı legioner futbolçu buna münasibətini belə ifadə edib.

\"Buna qədər də Elçin Məmmədovun idarəçiliyi ilə keçirdiyimiz oyunlarda da rəqib futbolçular mənə qarşı amansız davranmışdılar. Hətta bir görüşdə ağır zədə almışdım və bəxtim gətirmişdi ki, ayağım sınmamışdı. \"Xəzər Lənkəran\"la oyunda da Elçin Məmmədov utanmadan, haqsız yerə mənə sarı vərəqə göstərdi. Həmin epizodun kadrlarına baxarkən də dediklərim təsdiqini tapır. Buna görə də mənə göstərilən vərəqənin ləğv olunacağına inanırdım. Komanda rəhbərliyi və futbolçu dostlarım da sona kimi yanımda oldu. AFFA-nın İntizam komitəsi haqlı olduğumu qərarı ilə təsdiqlədi. \"Neftçi\" ilə müqaviləmin bitməsinə hələ iki il var. Bu müddətdə də çalışacam ki, gözəl oyun nümayiş etdirib, komandamızın uğurlarında pay sahibi olum\", deyə futbolçu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə