\"Çelsi\" \"Barselona\"nı Çempionlar Liqasından çıxartdı

\"Çelsi\" \"Barselona\"nı Çempionlar Liqasından çıxartdı

İngiltərənin "Çelsi" və İspaniyanın "Barselona" futbol klubları arasında Çempionlar Liqasının yarımfinal oyunu çərçivəsində baş tutan cavab görüşündə oyun heç-heçə başa çatdı-2:2 və nəticədə də finala London klubu keçdi. SİA-nın məlumatına görə, "Barselona" hesabı 35-ci dəqiqədə açdı və ilk qolu Buskets vurdu. 43-cü dəqiqədə Messinin ötürməsi ilə İnyestanın atdığı qolla hesab 2:0-a çatdırıldı. Ancaq birinci taymın sonunda "Çelsi"li Ramires çox vacib bir qol atdı. İkinci taymın sonunda Torres hesabı bərabərləşdirdi və nəticədə "Çelsi" iki oyunun cəm hesabına əsasən finala çıxdı.

"Barselona" (İspaniya) – Çelsi (İngiltərə) – 2:2


1:0 - Buskets (35), 2:0 -İnyesta (43), 2:1 -Ramires (45), 2:2 - Torres (90)


Bütün xəbərlər Facebook səhifəmizdə