Cüdo üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib

Cüdo üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Şağan Olimpiya İdman Kompleksində \"2012 İdman ili\"-nə həsr olunmuş cüdo üzrə yeniyetmələr arasında II Qafqaz beynəlxalq turniri keçirilib. İdarədən Siasport.az idman portalına verilən xəbərə görə, turnirdə yerli idmançılarla yanaşı Türkiyə, Rusiya və Gürcüstandan gələn cüdoçular da iştirak edib.

Qeyd edək ki, turnirdə 143 nəfər idmançı 30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq, +66 kq çəki dərəcələrində mübarizə aparıb.

Məlumat üçün bildirək ki, yarışda 30 kq çəki dərəcəsində I yerə Baxışəliyev Rəşad (Turan İK), 34 kq çəki dərəcəsində I yerə Məhərrəmov Seymur ("Kanokan-TT" İK), 38 kq çəki dərəcəsində I yerə Osmanov Nurlan (RKİM), 42 kq çəki dərəcəsində I yerə Hüseynov Ceyhun (RKİM), 46 kq çəki dərəcəsində I yerə Fətəliyev Şamil ("Kanokan-TT" İK), 50 kq çəki dərəcəsində I yerə Hüseynov Cəlal (RKİM), 55 kq çəki dərəcəsində I yerə Quluzadə Kənan (RKİM), 60 kq çəki dərəcəsində I yerə Abdullayev Elvar ("DİN" İC), 66 kq çəki dərəcəsində I yerə Əmənov Nahid (RKİM), +66 kq çəki dərəcəsində I yerə Zeynalov Altun ("Turan" İK), komanda hesabında isə I yerə Respublika Kompleks İdman Məktəbi layiq görülüblər.

Onu da əlavə edək ki, turnirdə qalib gələn idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə