"Barselona"-"Çelsi" duelini kim qazanacaq?

"Barselona"-"Çelsi" duelini kim qazanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal oyunlarının cavab qarşılaşmalarına start veriləcək. Siasport.az saytı xəbər verir ki, "Nou Kamp" stadionunda İngiltərənin "Çelsi" və İspaniyanın "Barselona" komandaları üz-üzə gələcəklər. Londonda keçən ilk qarşılaşmada Didye Droqbanın vurduğu qol ilə "zadəganlar" katalonlarü zərində 1:0 hesbı ilə qalib gəlmişdilər. Sözsüz ki, bu hesab "Barselona"nın işini çətinə salan əsas amil kimi göstərilir. Çünki rəqib meydanında öz qapısından top buraxan və rəqib komandanın qapısına yol tapa bilməyən "Barselona", bu gün "Çelsi"nin qapısından 2 cavabsız top vurmalıdır ki, mərhələ keçməyə nail olsun. Xatırladaq ki, qarşılaşmanı Türkiyədən olan hakim Cüneyt Çakır yönəldəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə