Həvəskarlar arasında ölkə birinciliyində UGİM – "Neftçi" oyununun 82-ci dəqiqəsində paytaxt klubunun baş məşqçisi Şahin Şahhüseynli meydançaya daxil olaraq oyunun gedişinə mane olub. Siasport.az idman portalının məlumatına görə, bununla yanaşı "Neftçi" klubunun 17 nömrəli futbolçusu Fariz Nəcəfovla, 10 nömrəli futbolçusu Elşən İsmayılov hakimləri təhqir edib. Bu hadisədən sonra "Neftçi" klubu meydanı tərk edərək oyunu davam etdirməyib. Buna görə də, klubun hər iki futbolçusu 4 oyunluq cəzalandırılıb.
Beləliklə, AFFA-nın Nizam-İntizam Komissiyasının qərarı ilə "Neftçi" klubuna heç bir səbəb olmadan meydanı tərk etdiyi üçün 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB