SİA+SəsTV komandası “Azərtac”ı məğlub etdi

SİA+SəsTV komandası “Azərtac”ı məğlub etdi

Bu gün \"Yeni Azərbaycan\", \"İki sahil\" və \"Səs\" qəzetlərinin birgə təşkilatçılığı, \"Baltika Bakı\" və \"Coka-Cola\" şirkətlərinin maliyyə dəstəyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş voleybol turnirinin ilk qarşılaşması keçirildi. SİA-nın məlumatına görə, püşkatmaya uyğun olaraq öncə SİA və SəsTV-nin birləşmiş komandası ilə \"AzərTac\" arasında görüş baş tutdu.

Qeyd edək ki, oyunun ilk dəqiqələrindən irəli keçən SİA+SəsTv komandası mübarizənin sonuna kimi üstünlüyünü davam etdirdi. Buna baxmayaraq rəqib arabir hesabı bərabərləşdirməyə cəhd etdi, amma buna müvəffəq ola bilmədi. Beləliklə, ilk hissə 25:18 hesabı ilə SİA + Səs TV-nin xeyrinə başa çatdı. İkinci hissəyə də sürətli hücumlarla başlayan komandamız nəticədə 25:22 hesablı qələbə qazandı.

Xatırladaq ki, "Coca-Cola" və "Baltika Bakı"nın dəstəyi ilə baş tutan turnirin oyunları Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman zalında keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə