Fatih Terim çempionluğu "Fənərbaxça"nın meydanında elan etməyə hazılaşır

Fatih Terim çempionluğu "Fənərbaxça"nın meydanında elan etməyə hazılaşır
İstanbulun "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim, dünən futbolçularla keçirdiyi toplanışda onları ruhdan düşməməyə, var gücləri ilə mübarizə aparmağa və ən əsası "Qalatasaray"ın çempion olması üçün bütün güclərini meydanda sərf etməyə çağırıb. Siasport.az saytı xəbər verir ki, 58 yaşlı futbol mütəxəssisi, hər bir futbolçu ilə ayrı-ayrılıqda söhbət edərək onları qələbəyə ruhlandırıb. "İmperator", məğlub olduqları "Fənərbaxça" matçında futbolçularının əla oyun nümayiş etdirdiklərini deyərək, onları "Qalatasaray"ın çempionluğunu məhz "Fənərbaxça"nın stadionunda elan etməyə çağırıb. Xatırladaq ki, mövsümün son qarşılaşması "Şükrü Saracoğlu" stadionunda "Qalatasaray"la "Fənərbaxça" arasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə