Əzəli rəqibləri olan "Fənərbaxça"ya doğma meydanda 1:2 hesabı ilə məğlub olmaq "Qalatasaray"lı futbolçularda əməlli-başı qisas hissi yaradıb. Siasport.az saytı xəbər verir ki, "cim bom"lu forvardlar bu məğlubiyyətin qisasını "Fənərbaxça"dan alacaqları ilə bağlı bir bir açıqlamalar verməyə başlayıblar. Komandanın braziliyalı forvardı Felipo Melo öz şəxsi Twitterində yayımladığı açıqlamada bildirib ki, "biz sadəcə atışmanı uduzduq, döyüşü deyil". Braziliyalı futbolçu bildirib ki, onlar "Şükrü Saracoğlu" stadionunda "Fənətbaxça"nı yenməklə öz çempionluqlarını elan edəcəklərinə əmindirlər. Braziliyalı forvard eyni zamanda onlara dəstək verən "Qalatasaray"lı azarkeşlərə də təşəkkür edərək, qazanacaqları çempionluğu məhz onlara həsr edəcəklərini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB