Avropa-2012 matçına biletin altı-yeddi dərəcəli mühafizəsi olacaq, biletin dizaynının əsasını isə futbol üzrə gələcək çempionatın simvolikası təşkil edir. Bu, aprelin 23-də futbol üzrə qitə birinciliyinin əsas meydanında – Kiyevdəki "Olimpiyski" Milli İdman Kompleksində keçirilmiş turnirə buraxılış biletlərinin təntənəli təqdimatı zamanı məlum olub.
Biletin əsas fonu bənövşəyi rəngdədir. Burada turnirin simvolu olan gül təsvir edilib, onun üzərində oyunun sıra nömrəsi göstərilib. Gülün iki ləçəyində yığma komandaları oyunda iştirak edəcək ölkələrin bayraqları təsvir edilib. Burada həmçinin turnirin keçiriləcəyi stadion, onun yerləşdirmə və giriş sxemləri barədə məlumat göstərilib. Qalan bütün əsas mühafizə elementləri biletin arxa tərəfində yerləşdirilib.
İyunun 11-də Ukrayna yığma komandasının İsveç komandası ilə ilk oyununa buraxılış bileti nümunəsində biletlərin dizaynını Avropa-2012 oyunları üçün uşaq rəsmləri müsabiqəsinin qalibi Darya Kovtun, "Avropa-2012-Ukrayna" BOK-nın direktoru Markiyan Lubkivski və UEFA-nın əməliyyat direktoru Martin Kallen təqdim ediblər. Martin Kallen: "Biletin altı-yeddi səviyyəli mühafizəsi olacaqdır. Bunlardan əsasları qoloqram və unikal identifikasiya kodudur. Daha beş–altı elementi bilavasitə stadionlarda işləyən stüardlar biləcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB