"Ştutqart" türk kapitanını itirdi

"Ştutqart" türk kapitanını itirdi
Almaniyanın "Ştutqart" futbol klubu kapitansız qalıb. Siasport.az saytı xəbər verir ki, alman klubunun türk əsilli kapitanı Serdar Taşçı, sağ dizindən aldığı ciddi zədə üzündən ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq. S.Taşçı "Köln"lə qarşılaşmada rəqib futbolçunun zərbəsindən sonra olduqca ağır zədə alıb. Komandanın baş məşqçisi Bruna Labbadia jurnalistlərə bildirib ki, kapitanın zədələnməsi və 1 ay yaşıl meydaanlardan uzaq qalması "Ştutqart"ın gələcək oyunlarda özünü mənfi cəhətdən göstərəcək. Baş məşqçi, S.Taşçının komanda üçün olduqca vacib futbolçu olduğunu da xatırladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə