“Sağlam həyat tərzi və uşaq haqları” mövzusunda treninq keçirilib

“Sağlam həyat tərzi və uşaq haqları” mövzusunda treninq keçirilib

Şağan Olimpiya İdman Kompleksində U-17 UNİCEF qızlar Liqasında çıxış edən "Mingəçevir" komandasının üzvlərinə "Sağlam həyat tərzi və uşaq haqları " mövzusunda treninq keçirilib. Siasport.az idman portalının məlumatına görə, maarifləndirici xarakter daşıyan tədbirdə qızlara sağlam həyat tərzi və uşaq haqları barədə geniş məlumat verilib. Tədbir iştirakçılarına AFFA və UNİCEF tərəfindən müxtəlif hədiyyələr və tədris materialları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə