Sabah jurnalistlər arasında voleybol turnirinə start veriləcək

Sabah jurnalistlər arasında voleybol turnirinə start veriləcək

Aprelin 24-də \"Yeni Azərbaycan\", \"İki sahil\" və \"Səs\" qəzetlərinin birgə təşkilatçılığı, \"Baltika Bakı\" və \"Coka-Cola\" şirkətlərinin maliyyə dəstəyi ilə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş voleybol turnirinə start veriləcək. SİA-nın məlumatına görə, püşkatmaya uyğun olaraq sabah turnirin açılış oyunu SİA+SəsTV və AzərTac komandaları arasında keçiriləcək.

Məlumat üçün bildirək ki, qarşılaşma saat 15:00-da başlayacaq. Qeyd edək ki, günün digər görüşləri isə belə olacaq:

"İki Sahil" – "Xalq" qəzeti - 16:45

"Xalq Cəbhəsi" – "Kaspi" qəzeti – 17:30

"Yeni Azərbaycan" qəzeti – "Palitra – Paritet" – 18:15

Xatırladaq ki, oyunlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman zalında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə