Azərbaycan Futbol Federasiyası ilə Yaponiya Futbol Assosiasiyası arasında aparılmış danışıqlara əsasən, mayın 23-də, Şizuoka şəhərindəki "Ekopa" stadionunda Yaponiya və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Siasport.az idman portalının məlumatına görə, oyunun keçirilməsi üçün bütün xərclər, o cümlədən nəqliyyat xərcləri Yaponiya Futbol Assosiasiyası tərəfindən ödəniləcək.
Qeyd edək ki, 17 yaşadək qızlardan ibarət Yaponiya yığması bu il Azərbaycanda keçiriləcək FİFA U-17 qadınlararası dünya çempionatına vəsiqə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB