Azərbaycanın kişilərdən ibarət Milli Yığma komandası Ukrayna Respublikasının Vinnitsa şəhərində keçirilən "Dostluq" Beynəlxalq Turnirində iştirak edib. Voleybol Federasiyasının mətbuat xidmətindən Siasport.az idman portalına verilən xəbərə görə, 4 komandanın iştirakı ilə keçirilən turnirdə yalnız yerli komandaya məğlub olan Azərbaycan Millisi turnirin II pilləsinə yüksəlib. Beləliklə, komandamız vətənə gümüş medallar və kubokla dönüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB