Bakı şəhər məktəbliləri arasında XXIV spartakiadanın proqramına daxil olan basketbol növü üzrə yarışlar davam edir. Siasport.az idman portalının məlumatına görə, yarışlar 2 qrupda dairəvi sistem üzrə keçirilir və paytaxtın 11 rayonunun qalib komandaları iştirak edir. Respublika dərəcəli hakim Aydın Ağaəliyevin rəhbərlik etdiyi hakimlər kollegiyası tərəfindən idarə olunan yarışların final oyunu aprelin 26-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB