\"QHT-lər arasında mini futbol turniri üzrə Heydər Əliyev kuboku\"na start verildi

\"QHT-lər arasında mini futbol turniri üzrə Heydər Əliyev kuboku\"na start verildi

Nərimanov rayon Gənclər və İdman İdarəsi, "Gənclərin Töhfəsi" İctimai Birliyi və "Kreativ Gənclər" İctimai Birliyinin birgə təşkilatçılığı dövlət proqramı və "İdman ili" çərçivəsində "QHT-lər arasında mini futbol turniri üzrə Heydər Əliyev kuboku"na start verildi. Siasport.az idman portalının məlumatına görə, turnirdə müxtəlif sahələr üzrə 16 Qeyri-hökumət təşkilatı iştirak edir. Bunlar aşağıda adları göstərilən QHT-lərdir:

ATGTİ, AN İB, "Siyasi Maarifçilik" İB, "İrəli" İB, "Qan Donorları Assosiasiyası" İB, "Deportasiya Olunmuş Şəxslərə Kömək" İB, "İslahatçi Gənclər" İB, "Demokratiyanı Öyrənmə" İB, "Azərbaycan Könüllülər" İB, "Gənclərin Töhfəsi" İB, "Kreativ Gənclər" İB, "Təkan Tələbə Gənclər" İB, "Demokratik Azərbaycan Naminə" İB.

Qeyd edək ki, turniri həyata keçirməkdə əsas məqsəd cəmiyyətin diqqətini futbolun inkişafına yönəltmək, futbola marağın kütləviliyini təmin etmək və QHT-lər arasında əməkdaşlığı möhkəmləndirməkdir.

Turnirin rəsmi açılışı 24 aprel 2012-ci il 17.00 da 200 saylı orta məktəbin meydançasında olacaq.

Məlumat üçün bildirək ki, oyunların keçirilmə qrafiki belədir:

24 aprel 2012-ci il saat 18.00 – ATGTİ 1 : AN İB

24 aprel 2012-ci il saat 19.00 - Siyasi Maarifçilik İB : İrəli İB 1

25 aprel 2012-ci il saat 19.00 – Qan Donorları Assosiasiyası İB : İrəli İB 2

25 aprel 2012-ci il saat 20.00 – ATGTİ 2 : "Təkan" Tələbə Gənclər İB

27 aprel 2012-ci il saat 18.00 – Demokratiyanı Öyrənmə İB : Azərbaycan Könüllülər İB

27 aprel 2012-ci il saat 19.00 – "Gənclərin Töhfəsi" İB : "Kreativ Gənclər" İB 1

29 aprel 2012-ci il saat 19.00 – "Kreativ Gənclər" İB 2 : "Demokratik Azərbaycan Naminə" İB

29 aprel 2012-ci il saat 20.00 – "Deportasiya Olunmuş Şəxslərə Kömək" İB : "İslahatçı Gənclər" İB.

Bütün xəbərlər Facebook səhifəmizdə