QHT-lər arasında mini futbol turniri üzrə Heydər Əliyev kubokuna start verilir
Nərimanov rayon Gənclər və İdman İdarəsi, "Gənclərin Töhfəsi" İctimai Birliyi və "Kreativ Gənclər" İctimai Birliyinin birgə təşkilatçılığı dövlət proqramı və "İdman ili" çərçivəsində "QHT-lər arasında mini futbol turniri üzrə Heydər Əliyev kuboku"na start veriləcək. SİA-nın verdiyi xəbərə görə, turnirdə müxtəlif sahələr üzrə 16 qeyri-hökümət təşkilatı iştirak edəcək. Bu turniri həyata keçirməkdə əsas məqsəd cəmiyyətin diqqətini futbolun inkişafına yönəltmək, futbola marağın kütləviliyini təmin etmək və QHT-lər arasında əməkdaşlığı möhkəmləndirməkdən ibarətdir. Turnirə 22 aprel 2012-ci ildə start verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB