İspaniya La Liqasının 34-cü turunda dünyanın bir nömrəli derbisi baş tutub: "Barselona" klubu Madrid "Real"ını qəbul edib. Bu görüşdə kataloniyalilar qalib gələcəyi təqdirdə turnir cədvəlindəki xal fərqini birə endirəcəkdilər. Amma bu, baş verməyib.
17-ci dəqiqədə Xediranın qolu "Nou-Kamp"ı şoka salıb. Meydan sahibləri oyuna tarazlığı yalnız 70-ci dəqiqədə gətirə bilibər. Sançes fərqlənib. Ancaq bu sevinc cəmi 3 dəqiqə çəkib. Kriştiano Ronldonun vurduğu qələbə topu "Real"a mühüm 3 xalı qazandırıb.
Beləliklə, çempionatın başa çatmasına 4 tur qalmış "kral klubu" 88 xalla vahid liderdir. "Barselona" 81 xalla ikinci pillədə qərarlaşıb.
"Barselona" - "Real" (Madrid) - 1:2
Qollar: Sami Xedira, 17 (0:1), Aleksis Sançez, 70 (1:1), Kriştiano Ronaldo, 73 (1:2).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB