“Turan” meydanı yenə narazı tərk etdi

“Turan” meydanı yenə narazı tərk etdi
Unibank Premyer Liqasının 29-cu turu çərçivəsində günün ilk matçı "Rəvan"la "Turan" arasında keçirildi. Siasport.az idman portalının məlumatına görə, qarşılaşma hər iki komandanın qapısı qarşısında tez-tez yaradılan qol vəziyyətləri ilə yadda qaldı. "Simurq"la oyunu 0:0 hesabı ilə heç-heçə edən Tovuz təmsilçisi üçün bu qarşılaşmada qələbə çox vacib idi. Hətta, "Rəvan"ın futbolçusu Taqim Novruzov 61-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını meydqanda azlıqda qoydu. Buna baxmayaraq, "Tovuz" bu oyunda da meydanı 2:2 hesablı bərabərliklə, 1 xalla tərk etdi.

Məlumat üçün bildirək ki, "Rəvan"ın heyətində Taqim Novruzov (54-cü dəqiqə) və Miloş Zeçeviç (82-ci dəqiqə) qolları hesabına yazdı. "Turan"da isə Georgi Beriaşvili (84-cü dəqiqə) və Aleksandr Qoqoberişvili (86-cı dəqiqə) hərəyə 1 qolla fərqləndi.

Xatırladaq ki, görüş "Dalğa Arena" stadionunda baş tutdu.

Bütün xəbərlər Facebook səhifəmizdə