“C” qrupunda yerlər məlum oldu

“C” qrupunda yerlər məlum oldu
Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar "Şərq" qəzeti redaksiyasının KİV komandaları arasında keçirdiyi "Media kuboku-2012" mini-futbol turnirinin daha bir oyunu keçirildi. Siasport.az idman portalının məlumatına görə, "C" qrupunda mübarizə aparan "Gün.az", qrupun digər komandası "BDU Jurnalistika" ilə üz-üzə gəldi. Tələbələr 2:1 hesabı ilə "Gün.az"a məğlub oldu.

Xatırladaq ki, "C" qrupunda ilk görüş "İctimai Tv" və "Gün.az" arasında keçirilmişdi. "İctimai Tv" 4:2 hesabı ilə qələbə qazanmışdı .

Beləliklə, "C" qrupunda 1-ci yeri "İctimai Tv", 2-ci yeri "Gün.az", 3-cü yeri isə "BDU Jurnalistika" komandası tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə