Bu gün əzəli rəqibi olan "Barselona" ilə növbəti derbiyə çıxacaq İspaniyanın "Real" klubunu daha 2 il ərzində baş məşqçi Joze Mourinyo çalışdıracaq. Siasport.az saytı xəbər verir ki, portuqaliyalı mütəxəssis çoxsaylı təkliflər almasına baxmayaraq müqaviləsinin başa çatacağı 2014-cü ilin iyulunadək klubu tərk etməyəcək. Bu haqda "Real" rəhbərliyi və Mourinyo arasında razılıq əldə olunub. Bu yaxınlarda isə onun köməkçiləri ilə də müqavilələr uzadılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB