Bu gün İspaniya La Liqasının 34-cü turu çərçivəsində bir sıra qarşılaşmalar keçiriləcək. Siasport.az saytı xəbər verir ki, bütün dünyanın futbol azarkeşlərinin səbirsizliklə gözlədikləri "Real"-"Barselona" derbisi bu axşam baş tutacaq. İki əzəli rəqibin qarşılaşmasına bütün dünyada maraq olduqca yükdəkdir. Hazırda əzəli rəqibindən 4 xal geri qalan "Barselona", bu qarşılaşmadan qələbə ilə ayrılmaq və yenidən çempionluğun bir nömrəli namizədinə çevrilmək istəyir. "Real" isə, tam əksinə olaraq bu oyundan qələbə ilə ayrılıb çempionluq yarışını davam etdirməyə hazırlaşır. Digər qarşılaşmalarda isə "Sportinq" "Rayo Valyekano" ilə, "Sevilya" "Levante" ilə "Malyorka" isə "Saraqoza" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB