İngiltərənin "Mançester Siti" futbol klubunda forma geyinən Edin Dzekonun transfer məsələsinə birdəfəlik aydınlıq gəlib. Siasport.az saytı xəbər verir ki, neçə vaxtdır ki, bir sıra Avropa klublarının transfer siyahısında göstərilən futbolçunun meneceri Silvano Martina jurnalistlərə bildirib ki, E.Dzeko özünü "Mançester Siti"də yaxşı hiss edir və bu komanda ilə olan müqaviləsini yarımçıq kəsmək fikrində deyil. Futbolçunun meneceri xüsusi ilə E.Dzekonun "Yuventus"a transfer olunmaq üzrə olduğu barədəki sualı cavablandıraraq deyib ki, onların bu məsələ barədə "Yuventus" təmsilçiləri ilə heç bir söhbətləri olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB