Frank Riberi komanda yoldaşını yumruqlayıb

Frank Riberi komanda yoldaşını yumruqlayıb
Sən demə UEFA Çempionlar Liqasının "Real" və "Bayern Münhen" arasında keçirilmiş ilk yarımfinal qarşılaşmasında ciddi hadisələr baş verib. Siasport.az saytı xəbər verir ki, qarşılaşmanın ilk 45 dəqiqəsi başa çatan kimi, soyunub-geyinmə otağında Frank Riberi və hollandiyalı Alen Robben arasında skandal yaşanıb. İlk hissənin sonuncu dəqiqəsində "Real"ın qapısına doğru təyin olunan cərimə zərbəsinin kim tərəfindən vurulacağı ilə bağlı bu iki futbolçu arasında meydanda yaranan söz davası, soyunub-geyinnmə otağında yumruq davasına çevrilib.

A.Robben F.Riberiyə yaxınlaşaraq cərimə zərbəsini məhz Toni Kruzun yerinə yetirməli olduğunu deyib. Bundan qəzəblənən F.Riberi isə, hollandiyalı futbolçu ilə "haqq hesabı" soyunub-geyinmə otağında "çürütməyə" çaılışıb. Yalnız komanda yoldaaşlarının müdaxiləsindən sonra hər iki futbolçunu sakitləşdirmək mümkün olub. Lakin Almaniya mətbuatı yazır ki, F.Riberi A.Robbenin gözünün altına ciddi xəsarət yetirib. Mətbuatın yazdığına görə, komandadakı nizam-intizam qaydalarının təhlükə altına alınmaması üçün "Bavariya" rəhbərliyi hər iki futbolçunun cəzalandırılmasına hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə