Şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib

Şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Şahmat Mərkəzində 2002-2003-cü il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az idman portalının məlumatına görə, yarışda Bakı şəhəri üzrə 1 №-li İOEUGŞDİM, 2 №-li UGŞİM, 3 №-li UGŞİM, RİOEUGŞM, "Neftçi" İSM, "Sərhədçi" İOM, 19 №-li UGİM, HRŞDK, Nizami r-nu UGYM, T. İsmayılov adına UGYS, "Şağan" OİK və Respublika Şahmat Məktəbini təmsil edən 119 nəfər idmançı (onlardan 31 nəfəri qızlardır) iştirak edib.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi altında keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. Oğlanlar arasında yarışda I yeri 8,5 xalla Qarayev Kənan (2 №-li UGŞİM), II yeri 7,5 xalla Əlizadə Ayxan (RİOEUGŞM), III yeri 7 xalla Kazımov Emin (1 №-li İOEUGŞDİM), qızlar arasında I yeri 8 xalla Əliyeva Nərminə ("Neftçi" İSM), II yeri 7 xalla Beydullayeva Gövhər (HRQDK), III yeri 6,5 xalla Abbasova Sədaqət (RİOEUGŞM) tutub. Yarışların nəticələrinə görə ilk 4 yeri tutmuş oğlan və ilk 5 yeri tutmuş qız iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıb.

Məlumat üçün bildirək ki, yarışların sonunda qaliblər Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə