Olimpiadaya lisenziyalarımız artmaqda davam edir

Olimpiadaya lisenziyalarımız artmaqda davam edir
Trabzonda keçirilən boks üzrə Avropa Olimpiya təsnifat turnirində Vətən Hüseynli 81 kq çəki dərəcəsində finala vəsiqə qazanaraq, lisenziyaya sahib olub. Boks Federasiyasının mətbuat katibliyindən Siasport.az idman portalına verilən xəbərə görə, milli komandamızın üzvü yarımfinalda İngiltərə təmsilçisi Kallum Smiti 16-14 hesabı ilə məğlub edib.

Xatırladaq ki, bu çəkidə 3 boksçu London Olimpiadasına vəsiqənin sahibi olub. Həmyerlimiz finalda türkiyəli Bəhram Müzəffərlə üz-üzə gələcək.

Qeyd edək ki, bu boks idman növündə 7-ci lisenziyamız olub. Trabzon turnirində isə buna qədər Məhəmməd Abdulhəmidov (56 kq) Olimpiadaya vəsiqə qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə