Frank Riberi "Real"a meydan oxudu...

Frank Riberi "Real"a meydan oxudu...
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk qarşılaşmasında Madrid "Real"ına 2:1 hesabı ilə qalib gələn "Bavariya" cəbhəsində, cavab ouini ilə bağlı iddialı açıqlamalar verilməkdədir. Siasport.az saytı xəbər verir ki, "pivəçilərin" fransız forvardı Frank Riberi "Şpigel" nəşrinə verdiyi açıqlamada bütün komanda yoldaşlarının qələbəyə kökləndiklərini, "Real"ı keçmək üçün əla şansa sahib olduqlarını dilə gətirib. F.Riberi, "Real"ın baş məşqçisi Joze Maurinyonun komandasının qapısına vurulan ilk qolun oyundankənar vəziyyətdə vurulduğunu iddia etməsinə də münasibət bildirib. O bildirib ki, o bu məsələdə J.Maurinyo kimi düşünmür. F.Riberinin fikrincə təcrübəli hakim həmin epizoda olduqca yaxın idi və əgər hər şey J.Maurinyonun dediyi kimi olsaydı, o zaman həmin qol hesaba alınmazdı.

Bütün xəbərlər Facebook səhifəmizdə