CEV-in prezidenti AVF-in prezidenti Ziya Məmmədova təbrik məktubu göndərib
CEV-in prezidenti Andre Meyer "Lokomotiv" və "Bakı" Voleybol Klublarını, 2012 Cev Avropa Çağırış Kubokunun qızıl və gümüş medallarını qazanmaları münasibətilə təbrik edib. Siasport.az saytının məlumatına görə, Andre Meyerin Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədova göndərdiyi məktubunda belə deyilib: "Bildirmək istərdik ki, bu iki komanda arasında keçirilmiş final oyunu, öz azarkeşləri, voleybol sevərləri ilə seçilmişdir və Avropada voleybol adına böyük bir immic gətirmişdir. Voleybolçuların, idmançıların meydançada göstərdikləri şücaət, idman prinsiplərinə əsaslanan gözəl oyun bir daha Azərbaycan voleybolunun yüksəklərdə yer aldığını sübut etdi. Biz, eyni zamanda Azərbaycan Voleybol Federasiyasına voleybolun inkişafı üçün göstərdikləri xidmətlərə görə öz dərin minnətdarlığımızı bildirir və gələcəkdə Azərbaycan voleybol klublarının daha da yüksək pillələrdə yer almalarını Sizə arzu edirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB