Bazar günü öz meydanında əzəli rəqibi olan "Fənərbaxça"nı qəbul edəcək "Qalatasaray", bu qarşılaşmaya ciddi hazırlıq görür. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Fatih Terimin rəhbərliyi ilə mətbuata qapalı şəkildə təlim məşq prosesi keçən "Qalatasaray"lı futbolçular, eyni zamanda bu qarşılaşma ilə bağlı iddialı açıqlamalar verməkdən də çəkinmirlər. Komandanın ispaniyalı forvardı Albert Riyera "Türk Telekom Arena"da oynayacaqları bu qarşılaşmanın onlar üçün çox böyük əhəmiyyət daşıdığını yaxşı bildiklərini deyərək, var qüvvələri ilə əzəli rəqiblərini məğlub etmək üçün çalışacaqlarını deyib. "Beşiktaş"ın ardınca "Fənərbaxça"nı da məğlub etmək üçün var qüvvə ilə mübarizə aparacaqlarını deyən A.Riyera, bu il çempion olacaqlarına inandıqlarını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB