Bu gündən Bolqarıstanın paytaxtı Sofiyada London Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri start götürür. Güləş Federasiyasının mətbuat katibliyindən siasport.az saytına verilən xəbərə görə, sərbəst güləş üzrə yığma komandamız 3 çəki dərəcəsində lisenziya uğrunda yarışacaq.
Məlumat üçün bildirək ki, baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında yığmamız digər 4 çəkidə (Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Cəmaləddin Məhəmmədov (120 kq)) Olimpiadaya vəsiqəni artıq təmin edib. Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq) və Aslanbek Alborov (96 kq) ilk lisenziya turnirinə yollanıb.
Qeyd edək ki, püşkatma mərasimindən sonra onların ilk rəqibləri artıq məlumdur:
55 kq – 1/8 final - Uladzislau ANDREYEU (BLR) - Makhmud MAGOMEDOV (AZE)
60 kq – 1/8 final - Toghrul ASGAROV (AZE) - Alexandr KONTOYEV (BLR)
96 kq – 1/8 final - Aslanbek ALBOROV (AZE) - Georgi Atanasov SREDKOV (Bolq).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB