Avropa Liqası: Madriddə qollu gecə

Avropa Liqası: Madriddə qollu gecə

"Atletiko" və "Sportinq" finala bir addım yaxınlaşdılar


UEFA Avropa Liqasında yarımfinal oyunları keçirilib. Madridin "Atletika" və Lissabonun "Sportinq" klubları rəqibləri üzərində qələbə qazanıblar.


"Atletiko" öz meydanın daha bir İspaniya klubunu - "Valensiya"nı qəbul edib. 18-ci dəqiqədə hesabı meydan sahiblərinin hücumçusu Radamel Falkao açıb. Lakin birinci hissəyə əlavə edilmiş dəqiqələrdə Conas hesabı bərabərləşdirib. İkinci hissədə isə Miranda, Adrian Lopesin qolları və Falkaonun dublu nəticəsində "Atletiko" üç top üstünlüyü ilə irəli çıxarıb. Oyunun əsas vaxtına əlaə edilmiş vaxtda Rkanardo Koşta hesab arasındakı fərqi azaldıb - 4:2. Beləliklə, "Valensiya" finala yüksəlmək şansını qoruyur.


"Sportinq" Portuqaliyada İspaniyanın yarımfinaldakı üçüncü təmsilçisi - Bilbao "Atletik"i ilə qarşılaşıb. Hesabı 54-cü dəqiqədə qonaqlar açıblar. Aurteneçe fərqlənib. Lakin meydan sahibləri İnsua (77-ci dəqiqə) və Kapelin (81-ci dəqiqə) qolları sayəsində şesabı öz xeyirinə dəyişə bilib - 2:1.


Yarımfinal mərhələsinin cavab oyunları aprelin 26-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə