FİFA rüşvət almaqda ittiham etdiyi İndoneziya futbol yığmasının baş məşqçisi Adji Santosonu 4990 avro məbləğində cəzalandırıb. Baş məşqçi həmçinin 4 oyun diskvalifikasiya olunub.
Xatırladaq ki, beynəlxalq futbol federasiyası dünya çempionatının seçmə oyunları çərçivəsində Asiya qitəsinin 3-cü qrupunda fevral ayında keçirilən Bəhreyn-İndoneziya görüşünün nəticəsindən şübhəyə düşmüşdü. Həmin qarşılaşma 10:0 hesabı ilə Bəhreyn yığmasının xeyrinə nəticələnməşdi.
FİFA-nın Santoso haqda çıxardığı qərardan sonra indoneziyalı mütəxəssis baş verənlərdən təəssüfləndiyini bildirərək azarkeşlərdən üz istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB