“Xəzər Lənkəran” öz meydanında 100-cü oyuna çıxacaq

“Xəzər Lənkəran” öz meydanında 100-cü oyuna çıxacaq
Aprelin 22-si Lənkəran şəhər stadionu üçün əlamətdar hadisə baş verəcək. Siasport.az idman portalının xəbərinə görə, "Xəzər Lənkəran" prinsipial rəqibi olan "Neftçi" ilə "Böyük oyun"a çıxacaq. Günün önəmli cəhəti odur ki, həmin gün "Xəzər Lənkəran" bu arenada 100-cü rəsmi matçını keçirəcək. Tarixi ərzində ev oyunlarını digər 7 stadionda da keçirən komanda doğma arenada indiyədək 99 qarşılaşmaya çıxıb.

Qeyd edək ki, "Neftçi" ilə görüş 100-cü – yubiley matçına təsadüf edir.

Bütün xəbərlər Facebook səhifəmizdə