Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq "Tisa Titans" İdman Bazasında yeniyetmələr arasında reqbi üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Baş İdarənin mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, yarışda Fortuna (Sumqayıt), Bakı, Neftçi-1, 1 №-li uşaq evi, 2 №-li uşaq evi, 3 №-li uşaq evi, 4 №-li uşaq evi, 5 №-li uşaq evi, 6 №-li uşaq evini təmsil edən 160 nəfər idmançı iştirak edib. Yarışın nəticələrinə görə I yerə Bakı, II yerə Fortuna (Sumqayıt), III yerə isə Neftçi-1 komandaları layiq görülüb.
Məlumat üçün bildirək ki, yarışda I, II və III yerləri tutan komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunub.
Qeyd edək ki, eyni zamanda may ayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş açıq Bakı kuboku keçiriləcək. Yarışda qonşu ölkələrin komandalarının da iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB