Azərbaycan Kubokunun 1\2 final mərhələsində ilk qarşılaşma "Qarabağ" – "Bakı" arasında keçirilib. Siasport.az saytının məlumatına görə, mübarizədə məğlub olan "Bakı" klubunun baş məşqçisi Novruz Əzimov futbolçuların oyunu haqda fiikirlərini belə ifadə edib: "1/2 finalın ilk oyununun ağır keçəcəyini bilirdik. Belə də oldu. Rəqibin təzyiqi nəticəsində səhv buraxdıq və nəticədə qapımızda qol gördük. İlk hissədə Novruz Məmmədov zədələndi və onu əvəz etmək məcburiyyətində qaldım. Çesnauskis Novruz Məmmədovun mövqeyində oynadı. Bu da hücumlarımızın kəsərini azaltdı. Quzanlıdakı oyun çox çətin olacaq. Çalışacağıq ki, növbəti oyuna yaxşı hazırlaşaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB